Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

604413

Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 

Onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümumilikdə 1 717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub.


Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin