Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Hazırda oxunan: Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

604383

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərinin ən böyük istirahət məkanı olan Nəsimi parkında yaşıllıq ərazidə qazıntı işləri görülüb. Sakinlərin sözlərinə görə, qazıntılar yaxınlıqdakı restoran sahibi tərəfindən aparılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO


Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab verilib.

Bildirilib ki, qeyd olunan ərazidə əvvəldən çuxurlar mövcud olub:

“Hazırda parkın xidmət əməkdaşları tərəfindən həmin çuxurların doldurulması istiqamətində işlər aparılır. Gün ərzində ərazi tam şəkildə bərpa olunacaq. Ərazidə mövcud ağaclar üçün hər hansı təhlükə yoxdur. Sözügedən sahə hər hansı restoran və ya digər özəl obyektə məxsus deyil”.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin