Təranə Quliyevaya vəzifə verildi

Hazırda oxunan: Təranə Quliyevaya vəzifə verildi

604350

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Bizim.Media xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
 

O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.


Xatırladaq ki, o, Azərbaycan Televiziyasında ("AzTV") "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin