Balakəndə bıçaqlanma hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.
Belə ki, 30 yaşlı Nicat Qocayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirib. N.Dadayev xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media































































































