Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Hazırda oxunan: Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

604306

Bişmiş qidaların otaq temperaturunda nə qədər saxlanıla biləcəyi ilə bağlı mühüm xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, Yelena Spetsenko bildirir ki, əsas qayda “iki saat qaydası”dır.

Onun sözlərinə görə, bişmiş yemək soyuducudan kənarda iki saatdan çox qaldıqda artıq təhlükəli hesab olunur. İsti havalarda isə bu müddət bir saata qədər azalır.

Xüsusilə yüksək zülallı və nəmli qidalar risk altındadır. Ət, toyuq, balıq və dəniz məhsulları, həmçinin suşi kimi yeməklər mütləq dərhal soyuducuya yerləşdirilməlidir.
 

Mayonez və ya xama ilə hazırlanan salatlar, süd məhsulları və yumurta tərkibli yeməklər də tez xarab olan qidalar sırasındadır. Hətta düyü və makaron belə uzun müddət isti şəraitdə qaldıqda təhlükəli bakteriyalar üçün uyğun mühit yarada bilər.


Ekspert vurğulayır ki, bəzi hallarda qidanın dadı və qoxusu dəyişməsə belə, zərərli mikroorqanizmlər artıq çoxalmış ola bilər və bu, qida zəhərlənməsi riskini artırır. Bununla yanaşı, quru çörək məhsulları və kremsiz şirniyyatlar otaq temperaturunda daha uzun müddət saxlanıla bilər. Lakin mütəxəssislər qalıq yeməklərin mümkün qədər tez soyuducuya qoyulmasını və bunun üçün dayaz qabların istifadə edilməsini tövsiyə edirlər. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin