Azərbaycanın, xüsusilə Gəncə şəhərinin tanınmış qarmon ifaçısı Mayıl Quliyev vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1964-cü ildə Gəncədə dünyaya gələn görkəmli sənətkar bu gün boya-başa başa çatdığı şəhərində, İmamzadə kompleksində dəfn olub.
62 yaşlı Mail Quliyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Tanınmış qarmon ifaçısı uzun müddət Könül Xasıyeva,Tacir Şahmalıoğlu, Etiram Hüseynov, Nadir Qafarzadə və başqalarının ansamblında çalışıb.
Xatırladaq ki, mərhum qarmon ifaçısının oğlu Muraz Quliyev də musiqiçidir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
































































































