Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Hazırda oxunan: Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

604266

Bakı və Abşeron rayonu ərazisində evləri su altında qalan vətəndaşları qanunsuz tikinti aparmaqda günahlandırmaq nə dərəcədə doğrudur?

Bizim.Media “Ajans.az”a istinadən xəbər verir ki, Bakının Qaradağ, Sabunçu, Binəqədi ərazilərində, həmçinin Abşeron rayonu ərazisində, və bir çox ərazilərdə evlərin, iri ticarət obyektləri, ticarət mərkəzləri yağan yağışlardan sonra su basmaya məruz qalıb.

Belə bir fikirlər səslənir ki, camaatın evləri, həmin ərazilərdə əslində qanunsuz tikilib. Onların evləri qanunsuz ərazilərdə tikildiyi üçün su basmaya məruz qalıb.

Maraqlıdır ki, su basan iri ticarət mərkəzləri necə? Onlar da qanunsuz tikilmişdir?

Halbuki onların tikildiyi ərazilər əvvəllər göllər olub. Həmin göllər sonradan qurudulub və yerində bu ticarət mərkəzləri tikilib.

Ümumiyyətlə, qanunsuz olan ərazilər hansılardır və bu işə kimlər qol qoyub?

Ajans.az-ın baş redaktoru Tural Müseyibov məsələyə münasibət bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin