Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hazırda oxunan: Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

604264

1918-ci ilin Mart Soyqırımı Qax rayonunun Qıpçaq kəndindən də yan keçməyib.

Qax rayonunun Qıpçaq kənd sakini, araşdırmaçı jurnalist Nadir Ziyadlı Bizim.Media-nın yerli bürosuna bildirib ki, həmin dövrdə Qıpçaq və Qaysarlı kəndlərinin sakinləri yaz əkininə hazırlaşmaq üçün bir neçə günlüyə indiki Şəki rayonu ərazisində yerləşən “Trud” düzü adlanan sahəyə yollanıblar:

“Onlar orada taxıl əkini ilə məşğul olurdular. Onların yolu, artıq mövcud olmayan Səbətli kəndinin yaxınlığından keçirdi. Bu vəziyyəti fürsət bilən həmin kəndə yerləşmiş silahlı dəstələr anlayır ki, Qıpçaq və Qaysarlı kəndləri müdafiəsiz qalıb.

Bundan istifadə edərək kəndlərə qəfil və amansız hücuma keçiblər. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər insanlıqdan uzaq idi. Qaça bilməyən insanlar amansızcasına qətlə yetirilir, kəndlərdə böyük faciə yaşanırdı.

Canını qurtaran az sayda insan isə dərhal ətraf kəndlərə və xüsusilə Göynükdə yerləşən türk əsgərlərinə xəbər çatdırır. Köməyə gələn kəndlilər və əsgərlərin birgə mübarizəsi nəticəsində hücum edən qüvvələr geri çəkilməyə məcbur edilir və Qanıx çayı istiqamətində qaçaraq Gürcüstan ərazisinə keçirlər”.

Qeyd edək ki, bu qanlı hadisələr uzun illər yalnız qocaların yaddaşında yaşamış, tarix səhifələrində isə lazımi qədər işıqlandırılmayıb.

Əyriçayın sahilində yerləşən bir neçə türk şəhid məzarı həmin döyüşlərdə şəhid olmuş igidlərin xatirəsini yaşadır. Təəssüf ki, ötən əsrdə - SSRİ dövründə bu məzarlar dağıdılıb.

Bu gün yalnız həmin məzarların izləri qalıb...


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin