Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Hazırda oxunan: Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

604254

Böyük Britaniyada son zamanlar meningokok infeksiyası yayılıb və yoluxanların sayı getdikcə artmaqdadır. Ümumiyyətlə Böyük Britaniyada zaman-zaman meningokok halları qeydə alınır.

Meningokok infeksiyası damcı yolu ilə yayılır, yəni öskürək, asqırıq və yaxından təmas vasitəsilə bir insandan digərinə keçə bilər.

Xüsusilə uşaqlar, yeniyetmələr və immuniteti zəif olan şəxslər yüksək risk qrupuna daxildir.  

Bu infeksiya güclü baş ağrısı və qızdırma ilə müşaiyət olunur.  Boyun o qədər sərtləşir ki, xəstə başını aşağı sala bilmir. İşığa qarşı həssaslıq yaranır. Getdikcə şüur bulanır, hətta qıcolmalar başlayır.

 

Ən ağır formasında isə qan zəhərlənməsi (sepsis) baş verir. Yüngül hallarında yüksək hərarət və ya əksinə, temperaturun düşməsi (üşütmə, titrəmə), sürətli nəfəsalma və ürək döyüntüsü, əzələ və oynaq ağrıları olur. Dəridə solğun ləkələr əmələ gəlir.

 

Meningokok infeksiyası başlanğıcda qripdən fərqlənmir.

Eyni simptomlarla başlayır, amma fərqləri var. Belə ki, qrip yavaş-yavaş başlayır, meningokok isə birdən başlayır, simptomlar sürətlə ağırlaşır.

Qripdə baş ağrısı ola bilər, amma boyun sərtliyi nadirdir. Qripdə ümumiyyətlə səpkilər olmur, meningokokda isə ləkəli səpkilər meydana çıxa bilər.

Bu infeksiya artıq dünyada mövcuddur və ayrı-ayrı hallarda hər ölkədə rast gəlinir.

Nəzərə alsaq ki, havalar isindikcə insanlar səyahət etməyi sevirlər o zaman geri qayıdarkən “səyahət çantası”nda bu xəstəliyi daşıya bilərlərmi? Yəni Azərbaycana keçmə ehtimalı nə qədərdir?

Məsələ ilə bağlı Şölə Piriyeva Bizim.Media-ya bildirib ki, səyahətlər səbəbindən istənilən ölkəyə keçməsi mümkündür.

Amma kütləvi yayılma ehtimalı adətən aşağı olur. Səhiyyə nəzarəti və peyvəndlər artma riskini ciddi şəkildə azaldır.

Bu infeksiyanın da peyvəndi mövcuddur. Başqa sözlə, sözügedən xəstəliklə bağlı narahatlığa əsas yoxdur.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin