108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

Hazırda oxunan: 108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

604232

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq səhər saatlarından etibarən Quba Soyqırımı Memorial Kompleksində ziyarətlər başlayıb.

Rəsmilər və vətəndaşlar 1918-ci ilin Mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onların ruhuna dualar oxuyublar.

İlk ziyarətçilər Qusardan gələn nümayəndələr olub. Qusar rayon İcra Hakimiyyətinin, Xudat Sərhəd dəstəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də sakinlər 108 il əvvəl törədilmiş qanlı hadisələrin günahsız qurbanlarının xatirəsini hörmətlə anıblar.

Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:

Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin