Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

604227

Sosial şəbəkələrdə və mətbuatda Özbəkistandan Azərbaycana gənələrlə yoluxmuş arı ailələrinin gətirildiyi ilə bağlı məlumat yayılıb.

İddialara görə, idxal edilən arılar Tropilaelaps gənəsi ilə yoluxub. Bu gənələrin arı ailələrini sürətlə zəiflətdiyi qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI
Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA


Məlumata görə, artıq bir tır arı ölkə ərazisinə gətirilib və İsmayıllı ərazisinə boşaldılıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, nümunələrdə gənə aşkarlanmayıb.

“Özbəkistandan bal arılarının idxalı üçün ilk dəfədir müraciət edilib. İlk partiya laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən, nümunələrdə gənə və ya parazitoloji xəstəlik aşkar edilməyib. Hazırda Agentlik tərəfindən qanunamüvafiq prosedurlar icra olunmaqdadır”, - məlumatda qeyd olunub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin