Sabunçu rayonundakı məktəblərdən birinin 6-cı sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) anası qızının xəstəxanaya yerləşdirildiyi barədə məktəbə məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə təhsil müəssisəsindən bildirilib.
"Məktəb rəhbərliyi şagirdin məktəbə gəlməmə səbəbini araşdırdıqda məlum olub ki, həmin şagird 14 fevral tarixində axşam saatlarında yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Həmin şagird hələ ibtidai sinifdə oxuduğu dövrdə də onda dəfələrlə qıcolmalar və ürəkgetmə halları müşahidə olunub. Son olaraq fevralın 7-də şagird məktəbdə yenə huşunu itirib, ilk tibbi yardımdan sonra valideyninə təhvil verilib.
Valideynin məlumatına əsasən hazırda şagirdin xəstəxanada müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir", - məktəbdən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 16.02.2022
Bakıda şagirdin xəsarət almasının səbəbi açıqlandı
Hazırda oxunan: Bakıda şagirdin xəsarət almasının səbəbi açıqlandı
Hazırda oxunan: Bakıda şagirdin xəsarət almasının səbəbi açıqlandı
60422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.