“Hazırda ümumi uzunluğu 3 kilometr olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci kilometrində torpaq sürüşməsinın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb, ərazi çəpərlənib.
“31 saylı Yol İstismarı” MMC və digər aidiyyəti qurumların dəstəyi ilə texnikalar cəlb olunmaqla ərazinin qaya parçalarından və palçıq kütləsindən təmizlənməsi, həmçinin yolun genişləndirilməsi, torpaq-çınqıl örtüyünün salınması işləri həyat keçirilib, gediş-gəliş bərpa olunub”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasından veriblər.
Bildirilib ki, yolda nəqliyyatın hərəkəti üçün lazımi şərait yaradılmasına baxmayaraq ərazidə sürüşmə riski hələlik qaldığından komissiya tərəfindən aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.
Məlumat üçün əlavə edək ki, 27-28 mart 2026-cı il tarixlərində Daşkəsən rayonuna aramsız yağan leysan yağışları nəticəsində ümumi uzunluğu 3 kilometr olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci kilometrində torpaq sürüşməsi baş verib.
Nəticədə 721 nəfərin yaşadığı Alunitdağ qəsəbəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.
Hazırda Daşkəsəndə qeyri-sabit hava şəraiti davam edir.
Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:02 / 31.03.2026
721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO
Hazırda oxunan: 721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO
Hazırda oxunan: 721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO
604218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































