Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Hazırda oxunan: Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

604209

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.

Bizim.Media "Unikal.az"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

Bələdiyyəsi sədri saytımızın bu barədə sualına cavab verə bilməyib. O, cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".

Qeyd edək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağandır.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin