Sosial şəbəkələrdə 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında telefondan istifadə etməsinə dair görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətindən qafqazinfo.az-a bildirilib ki, həmin sürücü ilə bağlı tədbir görülüb:
“170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında kobud qayda pozuntularına yol verməsi barədə məlumat araşdırılıb. Sürücü P.Salehliyə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilir. Həmçinin sürücülər bu kimi halların yolverilməz olması barədə növbəti dəfə təlimatlandırılıb”.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:20 / 31.03.2026
Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO
Hazırda oxunan: Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO
Hazırda oxunan: Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO
604202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































