Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

Hazırda oxunan: Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

604164

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO


Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Baş Klinik Hospitalın Təcili Tibbi Yardım bölməsində görülən işlərlə tanış olublar.

Bizim.Media “Bakıvaxtı.az”a istinadla xəbər verir ki, fotoda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yanında general-mayor Anar Kərimov görünür.

Saytımızın əldə etdiyi məlumata görə, o, Nazirliyin Mühəndis Qoşunları Baş İdarəsinin rəisidir və Azərbaycan Ordusunun tarixində ilk mühəndis qoşunları generalıdır.
 

A.Kərimov 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil alıb və ixtisasca tərbiyəvi işin təşkili üzrə komandir müavinidir. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirib, həmçinin Böyük Britaniya, ABŞ, Almaniya və Türkiyədə qərargah və planlama kurslarında iştirak edib.



2014-cü ildən Mühəndis Qoşunları İdarəsinin rəisi olan general-mayor Anar Kərimov Qarabağ Müharibəsinin və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Müharibədə göstərdiyi şücaətə görə "general-mayor" rütbəsinə layiq görülüb və "Zəfər" ordeni, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin