Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Hazırda oxunan: Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

604157

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı balta ilə qətlə yetirilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib.

 

MÖVZU İLƏ BAĞLI
Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO


Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandırıb.

Məlumata görə, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub.

O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib.

Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin