İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

Hazırda oxunan: İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

604150

Fevral ayında nəşinin qalıqları tapılaraq Balakən Şəhidlər Xiyabanında dəfn edilən Cavanşır Həsənovun 40 mərasimi ilə əlaqədar məzarı ziyarət olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım mərasimində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilərək ruhuna dualar oxunub.
 

Daha sonra şəhidin keçdiyi döyüş yolundan, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsi və Anti-terror əməliyyatı zamanı qazanılmış qələbədən, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin nəşlərinin tapılaraq ailələrinə təhvil verilməsindən və dövlətimizin bugünkü uğurlarından danışılıb.


O da diqqətə çatdırılıb ki, şəhid Cavanşir Həsənov 1992-ci il Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb və nəşi 19 fevral 2026-cı il tarixində Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə tapılaraq ailəsinə təhvil verilib.

Doğulduğu Balakən rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin