Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Hazırda oxunan: Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

604145

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azəriqaz" İstehsalat Birliyi yayıb.

Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 və 6-cı mikrorayonları üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məlumata görə, təxminən, 30 min abonentə qazın verilişi saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin