Bakıda narkotacirə 10 il həbs cəzası verildi

Hazırda oxunan: Bakıda narkotacirə 10 il həbs cəzası verildi

60407

Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Bəhruz Əmənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş B.Əmənov 2021-ci ilin yayında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
Onun üzərindən və yaşadığı evdən ümumilikdə satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram psixotrop maddə metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə olan kokain və elektron tərəzi aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin