Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Hazırda oxunan: Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

604069

Qubanın Buduq, Zehid və Dağüstü kəndlərinin artıq 3-cü gündür ki, rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, Buduq kəndi neçə gündür həm də işıqsız qalıb.

Güclü qar 8 elektrik dirəyini uçurub. Martın 28-29-u yağan güclü qar Buduq, Zeyid, Dağüstü kəndlərini işıqsız və yolsuz qoyub.

Kənd sakinləri vəziyyətdən narahat olduqlarını, yolun açılmasını və yaşayış məntəqələrinə işığın verilməsini səbrsizliklə gözləyirlər.

Quba Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov sabah həm yol, həm də işıq probleminin həll olunacağını deyib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin