Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Hazırda oxunan: Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

604067

Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan minik avtomobilləri ötmə qaydalarına riayət etmədiyindən toqquşublar.
 

Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanına çatdırılıb.


Qəza baş verən ərazi Dövlət Yol Polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb, həmçinin qəza yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin