Bu ayda iş vaxtı norması azalacaq

Hazırda oxunan: Bu ayda iş vaxtı norması azalacaq

604055

Azərbaycanda 2026-cı ildə may ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq.

Bizim.Media xəbər verir ki, beşgünlük iş həftəsi üçün 15 tam iş günü (8 saatlıq) və 2 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 134 saat iş vaxtı deməkdir.

Qeyd edək ki, may ayında qeyri-iş günlərinə 9 May – Faşizm üzərində Qələbə Günü, 27-28 may – Qurban bayramı və 28 May – Müstəqillik Günü daxildir.
 

Bundan əlavə, 9 May şənbə gününə təsadüf etdiyindən 11 may da qeyri-iş günü hesab olunacaq. Həmçinin bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar 29 may tarixi də qeyri-iş günü olacaq.


Beləliklə, may ayında ölkədə ümumilikdə qeyri-iş günlərinin çoxluğu iş vaxtı normasının azalmasına səbəb olacaq. (metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin