Ucarda yol qəzası olub, xəsarət alan var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Yeniyol kəndində qeydə alınıb.
Qəza zamanı bir nəfər ağır bədən xəsarəti alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
































































































