Qəbələdə ev YANDI – FOTO

Hazırda oxunan: Qəbələdə ev YANDI – FOTO

603984

Qəbələdə evdə yanğın baş verib. Gecə saatlarında rayonun Soltannuxa kəndində yaşayış olmayan evdə baş verən yanğın nəticəsində mənzil tamamilə yanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi Soltannuxa kənd sakini Cəfər Xəlilova məxsus evdə baş verib.

İlkin məlumata görə, hadisə zamanı evdə heç kim olmayıb, evə ciddi ziyan dəyib.
 

Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin