Bərdədə 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Yanğına qaz balonunda yaranan nasazlıq nəticəsində sızmanın baş verməsinin səbəb olduğu deyilir.
Hadisə yerinə FHN-in Bərdə yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısını alınıb.
Faktla bağlı araşdırma başlanıb. (Qafqazinfo.az)



Bizim.Media































































































