Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Hazırda oxunan: Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

603841

Alzheimer xəstəliyinin qarşısını almaq və xolesterolu aşağı salmaq üçün gündəlik pəhrizə bir meyvə daxil etmək vacibdir.

Bizim.Media xəbər verir ki, pakistanlı məşhur həkim Əmir Xan xurmanın damarları təmizlədiyini açıqlayıb.

Həkim gün ərzində xurmanın 2-3 ədəd yeyilsə də, qan şəkəri səviyyəsinə təsir etmədiyini və yüksək lif tərkibi sayəsində həzmi və ümumi sağlamlığı yaxşılaşdırdığını söyləyib.

O qeyd edib ki, meyvənin digər faydalı xüsusiyyəti xolesterol səviyyəsinə və ürək sağlamlığına müsbət təsir göstərir.

"Tədqiqatlar göstərir ki, xurmadakı antioksidantlar hətta beyin sağlamlığını yaxşılaşdıra və Alzheimer kimi xəstəliklərlə əlaqəli iltihabı azalda bilər", - deyə Xan bildirib və bu tapıntıların hələ ilkin olduğunu vurğulayıb. (Medicina.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin