Xəbər verdiyimiz kimi, Quba–Xınalıq avtomobil yolu güclü sel sularının yaratdığı fəsadlar səbəbindən bağlanıb. Sel sularının gətirdiyi torpaq kütlələri və yola tökülən iri qaya parçaları nəqliyyatın hərəkətini iflic edib.
Bizim.Media-nın çəkiliş qrupu yoldakı son vəziyyəti lentə almaq üçün əraziyə yollanıb.
Məlum olub ki, 30-cu kilometrdə yamaclarda torpaq sürüşməsi qeydə alınıb. 31 və 32-ci kilometrliklərdə isə iri qaya parçaları yolun hərəkət hissəsini tamamilə bağlayaraq nəqliyyat vasitələrinin keçidini mümkünsüz edib.
Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya açıqlamasında bildirib ki, yolun açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir və əraziyə texnika cəlb olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































