Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Hazırda oxunan: Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

603732

ABŞ-da aparılan bir araşdırmaya görə, yüksək miqdarda həddindən artıq emal olunmuş qida qəbul edən insanların infarkt, insult və ya koronar ürək xəstəliyi riskini 67 faiz artır.

Bizim.Media "Sabah" a istinadən xəbər verir ki, hər əlavə porsiya isə bu riski 5 faiz yüksəldir.
 

ABŞ-ın Texas Universitetinin Hyustondakı Sağlamlıq Elmləri Mərkəzindən kardiologiya üzrə tədqiqatçı və araşdırmanın baş müəllifi Dr. Amier Haidar bildirib ki, ultra emal olunmuş qidalar ürək xəstəliyi riskini artırır.


Tədqiqat çərçivəsində 45-84 yaş arası 6814 yetkin şəxsin məlumatları təhlil edilib. Tədqiqatçılar iştirakçıların gündəlik ultra emal olunmuş qida istehlakını müəyyən etmək üçün qida sorğularından istifadə ediblər.

Qidalar dörd kateqoriya üzrə qiymətləndirilib: az emal olunmuş və ya emal olunmamış (məsələn, qarğıdalı), orta dərəcədə emal olunmuş (məsələn, qarğıdalı nişastası və konserv qarğıdalı) və həddindən artıq emal olunmuş (məsələn, qarğıdalı çipsi).
 

Ən çox istehlak edən qrupda ən az istehlak edənlərlə müqayisədə koronar ürək xəstəliyi və ya insultdan ölüm, infarkt və insult keçirmə riski 67 faiz daha çox müəyyən edilib.


Qeyd edək ki, həddindən artıq emal olunmuş qidalara çipslər, dondurulmuş yeməklər, emal olunmuş ət məhsulları, şəkərli içkilər, səhər yeməyi üçün nəzərdə tutulan taxıl məhsulları və çörək növləri daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin