Vatsap üçün bir sıra yeni funksiyalar istifadəçilərə təqdim edilib.
Bizim.Media xəbər verir ki, platformada uzun müddətdir test edilən yeniliklərdən 6-sı artıq rəsmi olaraq istifadəyə verilib.
Yeni funksiyalar əsasən yaddaş idarəetməsi, platformalararası çat köçürülməsi, eyni telefonda iki hesab istifadəsi və dizayn yeniliklərini əhatə edir.
Yaddaşın idarə olunması asanlaşır
Yeni xüsusiyyət sayəsində istifadəçilər böyük həcmli faylları birbaşa söhbət daxilində tapıb silə bilirlər. Bu isə yaddaşı boşaltmaq üçün bütün çatları silməyə ehtiyacı aradan qaldırır. Funksiyaya “Yaddaş sahəsini idarə et” bölməsindən daxil olmaq mümkündür.
Platformalararası çat köçürmə
İstifadəçilər artıq söhbətlərini iOS əməliyyat sistemindən Android sisteminə asanlıqla köçürə bilərlər. Yeni imkan sayəsində bu proses tək toxunuşla həyata keçirilir.
Eyni telefonda iki hesab
Android istifadəçiləri üçün mövcud olan bu funksiya artıq iOS istifadəçilərinə də təqdim olunub. Beləliklə, bir cihazda iki “WhatsApp” hesabı istifadə etmək mümkün olur.
Meta AI yenilikləri
Meta tərəfindən təqdim edilən süni intellekt funksiyaları da genişləndirilib. Yeni imkanlara aşağıdakılar daxildir:
-Fotoşəkillərin avtomatik retuşu
-Ruh halına uyğun stikerlər
-Süni intellekt əsaslı yazı köməkçisi. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:55 / 28.03.2026
Vatsapa 6 yenilik birdən gəldi
Hazırda oxunan: Vatsapa 6 yenilik birdən gəldi
Hazırda oxunan: Vatsapa 6 yenilik birdən gəldi
603731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































