Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin

Hazırda oxunan: Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin

603714

Yaşınız neçə olursa olsun, gündəlik vərdişləriniz beyninizin fəaliyyətinə ciddi təsir göstərir. Həm gənc yaşlarda, həm də sonrakı dövrlərdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir.

Bizim.Media xəbər verir ki, "EatingWell" nəşrinin mütəxəssisləri enerjili və sağlam zehin üçün oyandıqdan dərhal sonra edilməli vərdişləri təqdim edib.

Həmin vərdişlər aşağıdakılardır:

Bir stəkan su için:

Bədənin və beynin düzgün işləməsi üçün su olduqca vacibdir. Səhər ilk iş olaraq bir stəkan su içmək orqanizmin maye ehtiyacını qarşılamağa kömək edir və beyin sağlamlığını dəstəkləyir.

Üzünüzü gün işığına tutun:

Gün ərzində işıq və qaranlığa məruz qalmaq bədənin sirkadiyen ritminə (bioloji saatına) ciddi şəkildə təsir edir. Mütəxəssis, Dr. Alexander Zubkov bildirir ki, oyandıqdan sonrakı 30 dəqiqə ərzində çölə çıxmaq və ya günəş düşən pəncərə qarşısında oturmaq gün boyu daha ayıq qalmağa və gecə daha keyfiyyətli yatmağa kömək edir.

Ekran vaxtını azaldın:

Günün böyük hissəsini telefon və kompüter ekranına baxaraq keçirmək zehni sağlamlığa mənfi təsir göstərir. Buna görə ekran qarşısında keçirdiyiniz vaxtı azaldın. Günə insanlarla üzbəüz ünsiyyətlə başlayın, zəng edin və ya dostunuzla gəzintiyə çıxın. Bu, həm də zehni zəifləməyə səbəb olan tənhalığı azaldır.

Fiziki aktivlik:

Fiziki aktivlik beynə güclü təsir göstərir. Günü sadə məşqlərlə başlamaq gün ərzində idrak funksiyalarını yaxşılaşdırır. Araşdırmalar göstərir ki, fiziki fəaliyyət həm gün ərzində, həm də uzunmüddətli dövrdə zehni sağlamlığı qoruyur.

Səhər yeməyi yeyin:

Qidalandırıcı səhər yeməyi qan şəkərini tənzimləyir və gün boyu enerji verir. Bu da o deməkdir ki, beyin sağlamlığına zərər verə biləcək şəkərli məhsulları, un məmulatlarını və əlavə şəkərli içkiləri məhdudlaşdırmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin