Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

Hazırda oxunan: Masazır sular altında – Yağış yolları keçilməz etdi – VİDEO

603713

Dünəndən yağan aramsız yağışlar nəticəsində Masazır qəsəbəsi ciddi problemlərlə üzləşib: bir çox küçə və yollar su altında qalıb, bəzi ərazilərdə isə hərəkət demək olar ki, mümkünsüz hala gəlib.

Bizim.Media xəbər verir ki, xüsusilə çökək yerlərdə suyun toplanması vəziyyəti daha da çətinləşdirib, bu səbəbdən avtomobillər həmin ərazilərdən keçməkdə böyük çətinlik çəkir.
 

Onsuz da uzun müddətdir bərbad vəziyyətdə olan qəsəbədaxili yollar yağıntının təsiri ilə daha da yararsız hala düşüb. Yağış suları asfalt örtüyünü yuyaraq dağıdıb, bəzi yerlərdə isə yol tamamilə sıradan çıxıb.


Mövcud vəziyyət həm sürücülər, həm də piyadalar üçün ciddi narahatlıq və təhlükə yaradır.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin