Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Hazırda oxunan: Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

603699

Şəkidə ölümülə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,1996-cı il təvəllüdlü Şəki rayon sakini Şamil Musayevin idarə etdiyi “Mercedes C 200” markalı minik avtomobili ilə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.

Qəzadan sonra “Mercedes” markalı minik avtomobilində olan sərnişin 1999-cu il təvəllüdlü Şəki rayon sakini Aygün Mustafayeva aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb və meyit avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 

A.Mustafayevanın meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.


Qəza zamanı minik avtomobilinin sürücüsü Ş. Musayev də müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Ş.Musayev Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin