Onlara da tələbə kartı veriləcək – VİDEO

Hazırda oxunan: Onlara da tələbə kartı veriləcək – VİDEO

603696

“TələbəPlus” kartının əhatə dairəsi genişləndirilir.

Bizim.Media xəbər verir ki, kollec və peşə məktəblərində təhsil alanlara da güzəştli tələbə kartları veriləcək.

Əvvəllər “TələbəPlus” kartları yalnız ali məktəb tələbələrinə verilirdi.

Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər. Layihəyə 350-dən çox partnyor qoşulub.

Ekspertlər hesab edirlər ki, layihənin kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə etməsi olduqca önəmlidir.

Rizvan Fikrətoğlu deyir ki, kart üzrə güzəştlərin daha geniş sahələri əhatə etməsi və müxtəlif sektorlar üzrə imkanların artırılması məqsədəuyğun olardı.

Təhsilin İnkişafı Fondunun məlumatına görə, hazırda 24 ali təhsil müəssisəsinin 190 mindən çox tələbəsi bu kartdan yararlanır. Kart üzrə yeniliklərin tətbiqi üçün dövlət və özəl sektor nümayəndələri ilə müzakirələr davam edir.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı videosüjetdə:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin