Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dağlıq ərazilərə isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır.
Yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 %-ni təşkil edir.
Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir.
Martın 29-da gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:45 / 27.03.2026
Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA
Hazırda oxunan: Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA
Hazırda oxunan: Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA
603673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































