Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsində 10-dan çox həyəti çirkab suları basıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, buna səbəb güclü yağışlar nəticəsində Quba-Qusar rayonlarının Xaçmaza gedən mərkəzi kanalizasiya xəttinin partlaması və yol kənarı ilə qəsəbəyə doğru axması olub.
İllərlə yığılıb qalmış problemin vaxtında həll edilməməsi, sakinlərin həyətlərinə çirkab suların dolması ilə nəticələnib.
Verilən son məlumata görə, partlayan borunun bağlanması təmin edilib.
Ancaq güclü yağışların davam edəcəyi təqdirdə, həyətləri yenidən su basacağı istisna olunmur.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
19:34 / 27.03.2026
Qubada 10-dan çox həyəti çirkab suları basıb - FOTO/VİDEO
Hazırda oxunan: Qubada 10-dan çox həyəti çirkab suları basıb - FOTO/VİDEO
Hazırda oxunan: Qubada 10-dan çox həyəti çirkab suları basıb - FOTO/VİDEO
603651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































