Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

Hazırda oxunan: Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

603648

Rusiyanın Yekaterinburq şəhərindəki “Koltsovo” hava limanının əməkdaşları antikvar samovarın ölkədən çıxarılmasının qarşısını alıblar.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, “yaşıl dəhliz”dən keçən şəxsin yoxlanışı zamanı inspektorlar mədəni dəyərə malik əşya aşkar ediblər.

Gömrükçülər XIX əsrə aid, Bakıya aparılan latun samovarın ölkədən çıxarılmasının qarşısını alıblar.
 

Sahibi bildirib ki, samovar nəsildən-nəslə ötürülən ailə yadigarıdır və Çelyabinskdə əmisinin qarajında saxlanılıb.


Mütəxəssislər müəyyən ediblər ki, bir əsrdən çox əvvəl Şemarin qardaşlarının müəssisələrində hazırlanmış bu samovar mədəni dəyər əlamətlərinə malikdir.

Kişi onu sonradan istifadə etmək üçün Azərbaycana gətirmək istəyib.

Əşyanın xarakterik xüsusiyyətlərindən biri onun tarixi əhəmiyyətini təsdiqləyən çoxsaylı möhürlərin olmasıdır.

Hazırda vətəndaşa qarşı malların bəyan edilməməsi və ixrac qaydalarının pozulması ilə bağlı inzibati işin başlanması məsələsinə baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin