Diz ağrıları son illərdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri kimi gündəmdə qalır. Hərəkət zamanı yaranan narahatlıq gündəlik işləri yerinə yetirməyi çətinləşdirir. Bu səbəbdən bir çox insan dərmanlarla yanaşı, alternativ və təbii üsullara da üz tutur.
Bizim.Media "Ensonhaber"ə istinadən xəbər verir ki, təbii müalicə vasitələri arasında bitki əsaslı qarışıqlar da diqqət çəkir.
Onların arasında xüsusilə dəfnə yarpağı və zeytun yağı qarışımı ən çox tövsiyə olunanlardan biridir.
Belə ki, zeytun yağının içində saxlanılan 15–20 ədəd dəfnə yarpağı sonra diz nahiyəsinə tətbiq edilərsə, ağrıkəsici kimi rahatlıq yarada bilər. Çünki dəfnə yarpağının tərkibində olan sineol və linalool maddələri əzələni rahatladır və sakitləşdirir.
Zeytun yağı isə dərini qidalandıraraq bu maddələrin daha yaxşı təsir etməsinə kömək edir.
Bu iki komponent birləşdikdə, xüsusilə əzələ ağrıları, burxulmalar və oynaq problemlərinə rahatlaşdırıcı təsir göstərə bilər. Qarışımın hazırlanması üçün adətən 15–20 ədəd dəfnə yarpağı zeytun yağında müəyyən müddət saxlanılır və daha sonra masaj hərəkətləri ilə diz nahiyəsinə tətbiq olunur.
Mütəmadi istifadə zamanı ağrılarda müəyyən qədər azalma hiss oluna bilər. Ancaq mütəxəssislər bildirir ki, bu cür üsullar tibbi müalicəni əvəz etmir və ciddi ağrılar zamanı həkimə müraciət etmək vacibdir.
Bizim.Media

































































































