Ən depressiv 5 BÜRC

Hazırda oxunan: Ən depressiv 5 BÜRC

603590

Astrologiyaya görə bəzi bürclər emosional baxımdan daha həssas və daxilə qapanmağa meyilli olur. Onlar daxili dünyalarında daha dərin hisslər yaşayır və bu səbəbdən tez-tez kədər, stress və ya depressiv əhval-ruhiyyəyədə olurlar. Bu xüsusiyyətlər onların zəifliyi deyil, əksinə, güclü empati və düşünmə qabiliyyətindən qaynaqlanır.

Bizim.Media ən depressiv hesab olunan 5 bürcü təqdim edir: 

1. Balıqlar - Onlar çox həssasdırlar və empatiya qabiliyyətləri yüksəkdir. Başqalarının dərdini öz dərdi kimi hiss edib, tez ruhdan düşə bilərlər. Reallıqdan qaçmağı və xəyallara sığınmağı sevirlər.

2. Xərçəng - Ailəcanlı və duyğusaldır. Keçmişi tez-tez xatırlayır və incidiyi anları unuda bilmir. Əhvalı tez-tez dəyişir və özünü tez tənha hiss edir.

3. Oğlaq - Bu bürcün nümayəndəsi şox məsuliyyətli və ciddi olur. Öz üzərinə artıq yük götürdüyü üçün stress və təzyiq altında qalır. Uğursuzluqlarını çox dərindən yaşayır.

4. Əqrəb - Dərin və intensiv emosiyalara sahibdir. Qısqanclıq və güvənsizlik hissləri bəzən onu daxildən sıxır. Duyğularını gizlətdiyi üçün daxilində yaşayır.

5. Qız - Qızlar hər şeyi ideal görmək istəyirlər. Özlərini və başqalarını çox tənqid edirlər. Kiçik problemləri belə böyüdərək özlərinə stress və narahatlıq yaradırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin