MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

Hazırda oxunan: MEDİA Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verdi – FOTO

603565

Medianın İnkişafı Agentliyi (MEDİA) tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
 

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - deyə paylaşımda qeyd edilib.


Xatırladaq ki, mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığı səbəbilə dünyasının dəyişib.

Məlumat üçün bildirək ki, o, uzun müddət “Şərq” qəzetində, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. R.Baxşəliyev  “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin