Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

Hazırda oxunan: Ayağından xəsarət alan Zaqatala sakini xəstəxanada həyatını itirdi

603552

Zaqatalanın Yuxarı Tala kəndi ərazisində bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini 50 yaşlı İlham Davudov yaşadığı ünvanda hələ ki, bilinməyən səbəbdən ayağından xəsarət alıb.
 

O, dərhal Təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi müayinələrdən sonra sakin xəstəxananın Cərrahiyyə korpusuna təhvil verilib.


Aparılan tibbi müdaxilələrə baxmayaraq İlham Davudovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin