Kürdəmirdə tək yaşayan şəxsin evdən meyiti tapılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraqocalı kəndində qeydə alınıb.
Belə ki, yaxınları tək yaşayan kənd sakini 1992-ci il təvəllüdlü Dəmirov Nurlan İmran oğlunun evdən çölə çıxmadığını müşahidə ediblər. Bu zaman evə baxış keçirmək qərarına gəliblər və onun evdə qəfildən öldüyü məlum olub.
Hadisə yerinə dərhal hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.
Yaxınlarının sözlərinə görə, o, çox spirtli içki qəbul edirdi, həmçinin bir müddət idi ki, epilepsiya xəstəliyindən əziyyət çəkirdi.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu




































































































