Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Hazırda oxunan: Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

603478

Şəki rayonunun Kiçik Dəhnə kənd orta məktəbini 1979-cu ildə bitirmiş məzunlar 47 ildən sonra bir araya gəliblər.

Bu barədə Bakının Sabunçu rayonundakı 271 nömrəli məktəbin müəllimi Kəmalə Əzizova Bizim.Media-ya məlumat verib. Onun sözlərinə görə, Şəki şəhərində təşkil olunan görüşdə keçmiş sinif yoldaşlarından 20 nəfər görüşdə iştirak edib.

Məzunlar Şəki şəhərinin görməli yerlərini, o cümlədən Xan sarayını və Karvansarayı ziyarət ediblər.

Daha sonra onlar bir araya gələrək söhbət edib, xatirələrini bölüşüb və məktəb illərini yad ediblər.
 

“Bir yerdə oturub söhbətləşdik, dərdləşdik, unudulmaz orta məktəb illərinin xatirələrinə qayıtdıq”, – deyə Kəmalə Əzizova bildirib.


Görüş iştirakçıları eyni zamanda dünyasını dəyişmiş 6 nəfər sinif yoldaşlarının xatirəsini də ehtiramla anıblar.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin