Lənkəranda AĞIR QƏZA – Azyaşlını maşın vurdu

Hazırda oxunan: Lənkəranda AĞIR QƏZA – Azyaşlını maşın vurdu

603473

Lənkəran rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakininin idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən 4 yaşlı A. Makarovanı vurub.

Sürücü dərhal yaralını həmin nəqliyyat vasitəsi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıb.
 

Xəstəxanadan verilən məlumata görə, 2022-ci il təvəllüdlü azyaşlı travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin açıq yarası və hematoma diaqnozları ilə hospitalizasiya olunub.


Yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Bildirilib ki, hadisə baş verən zaman uşağın anası marketə gedib.

Qonşu uşağı gəzdirmək üçün anadan icazə alaraq onu evdən götürüb və gəzintiyə çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin