Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

Hazırda oxunan: Pendirin yanına bir dənə qoyun: aylarla nə kifləyir, nə quruyur

603452

Mətbəxdə ən çox istifadə olunan məhsullardan sayılan pendirin saxlanması ilə bağlı sadə, amma maraqlı üsul mövcuddur. Söhbət pendirin yanına kiçik parça qənd qoymaqdan gedir.

İlk baxışda qəribə görünən bu üsulun arxasında isə kifayət qədər məntiqli səbəb dayanır.

Bizim.Media xəbər verir ki, pendirin tez xarab olmasının əsas səbəbi qabın içində yığılan artıq rütubətdir.

Qənd isə təbiətcə rütubəti özünə çəkən maddədir.

Pendirin yanına qoyulan kiçik qənd parçası sanki süngər kimi davranaraq artıq nəmi özünə çəkir, beləliklə mühitdə tarazlıq yaranır.

Nəticədə pendir nə həddindən artıq islanır, nə də quruyub çatlayır.

Bu üsul həm də kif və bakteriyaların yaranmasının qarşısını qismən alır.
 

Məlum məsələdir ki, mikroorqanizmlər rütubətli mühiti sevir. Qənd rütubəti azaltdıqca onların çoxalması da ləngiyir.


Bu isə heç bir əlavə qoruyucu vasitə olmadan pendirin daha uzun müddət saxlanmasına imkan verir.

Xüsusilə ağ pendir kimi həssas növlərdə bu üsul daha effektiv sayılır.

Məhsul həm dadını, həm də yumşaq quruluşunu daha uzun müddət qoruyur. Üstəlik, pendirin səthində yaranan saralma və quruma kimi problemlər də minimuma enir.

Qeyd olunur ki, qənd zaman keçdikcə rütubəti çəkdiyi üçün yumşala və formasını itirə bilər.

Belə halda onu yenisi ilə əvəz etmək kifayətdir. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin