Avtomobil idxalında KƏSKİN AZALMA – Bu maşınlar BAHALAŞACAQ

Hazırda oxunan: Avtomobil idxalında KƏSKİN AZALMA – Bu maşınlar BAHALAŞACAQ

603445

2026-cı ilin ilk iki ayında Azərbaycanın avtomobil bazarında diqqətçəkən dəyişiklik qeydə alınıb.

Rəsmi statistikaya əsasən, ölkəyə idxal olunan hibrid avtomobillərin həm sayı, həm də ümumi dəyəri azalıb, lakin bu proses fonunda qiymətlər artım nümayiş etdirib.

Məlumata görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 118,4 milyon ABŞ dolları dəyərində 5 777 ədəd hibrid avtomobil idxal edilib.

Ötən ilin eyni dövründə isə bu göstərici 146,3 milyon dollar və 7 577 ədəd təşkil etmişdi.

Beləliklə, idxal həcmi miqdar baxımından 23,8%, dəyər baxımından isə 19% azalıb.

Bununla yanaşı, bazarda qiymət artımı müşahidə olunur.

Belə ki, bir hibrid avtomobilin orta idxal qiyməti ötən il 19 304 dollar olduğu halda, bu il 20 501 dollara yüksəlib.

Bu isə təxminən 6,2% və ya 2 min manatdan çox bahalaşma deməkdir.

İdxal qiymətlərindəki yüksəliş bazara necə təsir edəcək?

Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, son iki ayda elektrik və hibrid avtomobillərin idxalının 24 faiz azalması bazarda təklifin azalması deməkdir:

“Əgər tələb dəyişməz qalsa, təklifin azalması qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bu, xüsusilə məhdud sayda modellərin mövcud olduğu bazarlarda daha aydın görünür. Bununla belə, bazarda qiymətlərin həcmi həm də valyuta məzənnələri, vergi və gömrük rüsumları, həmçinin daxili istehsal imkanlarından asılıdır. Əgər idxal azalıbsa, amma daxili istehsal və ya alternativ avtomobil modelləri ilə boşluq doldurula bilirsə, qiymət artımı daha məhdud olacaq. Qısaca desək, idxalın azalması bazarda qiymətlərin yüksəlməsi üçün təzyiq yaradır, amma son nəticə digər iqtisadi faktorlarla da bağlı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin