İsmayıllıda 6 otaqlı ev yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Cülyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Bayramov Vüsal Vəli oğluna məxsus, ümumi sahəsi 200 kvadratmetr olan 1 mərtəbəli, kürsülü, 6 otaqlı yaşayış evində yanğın baş verib.
Hadisə yerinə cəlb olunan İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:09 / 26.03.2026
İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO
Hazırda oxunan: İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO
Hazırda oxunan: İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO
603404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































