Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Hazırda oxunan: Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

603383

Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.

Bizim.Media “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. 

Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.
 

Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi.


Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin