Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Hazırda oxunan: Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

603337

Artıq 10 ildir ki, bu kənddə tarixi ənənələrin davamı kimi at yarışları keçirilirir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər il Novruz bayramı ərəfəsində kənd sakinləri ilə tərəfindən tədbirlər planı hazırlanır. Bura yarışların təşkili, eləcə də bayram şənliklərinin keçirilməsi daxildir.
 

Kənddə at yarışlarının keçirilməsi ilə bağlı tarixi ənənələr mövcuddur. Belə ki, hələ sovetlər birliyi dövründə Əmbərçayda istənilən milli meydan və xalq oyunları nümayiş etdirilib. Novruz bayramı ərəfəsində isə kənddə bir canlanma, bir çoşqu yaşanır.


Belə ki, səhər tezdən hər kəs kəndin mərkəzi küçəsinə, at yarışlarının keçirildiyi meydana axın edir. Burada tək əmbərçaylılar deyil, həm də müxtəlif bölgələrdən gələn insanlara da təsadüf etmək mümkündür.

At yarışlarının təşkilatçısı Şahin Yusifovun sözlərinə görə, əvvəlki illərdə yarışlara 15-20 çapar qatılırdısa, bu il onların sayı 30 nəfərədək artıb. Belə ki, kənd icra nümayəndəliyi və bələdiyyə orqanları qonşu kəndlərin çaparlarına müraciət edərək onların da yarışlara qatılaması üçün dəvətlər göndəriblər. Bu səbəbdən iştirakçıların sayı xeyli artıb. Bu da qədim xalq oyunlarına olan maraqdan irəli gəlir.

İştirakçılar öz yerlərini alandan sonra yarışlara start verilib. Çaparlar əvvəldən müəyyən olunmuş kəndarası yolu qət ediblər. Sahib Muxtarov builki at yarışlarının qalibi olub.
 

Sahib bildirib ki, o əvvəlki illərdə də keşirilən bütün yarışlara qatılıb və hər birində uğurlu nəticələr göstərib. Belə ki, at yarışlarının ilk beş ilində o bütün rəqiblərinə qalib gəlib. Növbəti üç ildə isə ilk üçlükdə qərarlaşıb. Bu il isə yenidən liderliyə yüksəlib. O, növbəti illərdə də birinciliyi əldən verməyəcəyini bildirir.


Beləcə, Əmbərçay kəndində təşkil olunan at yarışları başa çatıb, qaliblər mükafatlandılıb. Bayram şənliyi isə gün boyu davam edib.




















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin