Göyçayda güclü yanğın – FOTO

Hazırda oxunan: Göyçayda güclü yanğın – FOTO

603326

Göyçayda yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çayarxı kəndi ərazisində baş verib.

Qamışlıq və yabanı kolluq ərazidə başlayan yanğın qısa müddətdə genişlənərək xeyli sahəni əhatə edib.
 

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb.


Yanğının yaxınlıqda yerləşən yaşayış tikililərinə, təsərrüfat sahələrinə və meyvə bağlarına keçməsinin qarşısı alınıb. Yanğının tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin